Əfqan Sadıqov həbs edildi

Sınaq imtahanlarının nəticələri 3 gün ərzində məlum olacaq


Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.

Bu dövrdə xəbər yoxdur.

Sınaq imtahanlarının nəticələri 3 gün ərzində məlum olacaq - Milliyol.az