“Şimali Koreya ilə danışıqlara hazırıq” – Tramp


Vaşinqton KXDR ilə danışıqlar aparmağa hazırdır

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Şimali Koreya danışmaq istəyir – biz də danışmaq istəyirik, lakin uyğun şərtlərlə. Görək necə olacaq”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya prezidenti Mun Çje In Vaşinqton və Pxenyanı danışıqlara çağırıb.