Əfqan Sadıqov həbs edildi

Səyyad Əlizadə ağır vəziyyətdə: Reanimasiyaya yerləşdirildi

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb. Bu barədə ifaçının yaxınları azadinform-a məlumat verib.

Onların sözlərinə görə, S.Əlizadənin halı saat 23:00 radələrində qəfildən pisləşib.
 
Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb:
 
"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Səyyad Əlizadə ağır vəziyyətdə: Reanimasiyaya yerləşdirildi - Milliyol.az