Səudiyyə Ərəbistanında yol qəzası törətmiş şəxs edam olunub


Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yol qəzası törətməkdə ittiham olunmuş şəxs edam edilib

Virtualaz.org “Acil” yerli xəbərlər portalına istinadən xəbər verir ki, sərxoş vəziyyətdə qəza törətmiş Məhəmməd əl-Kəhtani altı nəfərin ölümünə səbəb olub. 

Belə ki, onun yüksək sürətlə idarə etdiyi avtomobil digər maşına çırpılıb. Həmin vaxt ikinci avtomobildə bir ailənin yeddi üzvü olub ki, onlardan 6-sı hadisə nəticəsində həlak olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı və istifadəsi qəti qadağandır.