Əfqan Sadıqov həbs edildi

Serj Sarkisyan fırıldaqçılıqda şübhəli bilinir

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın adı banklar və müəssisələlərin səhmləri ilə fırıldaqçılıqla bağlı cinayət işində hallanır

Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, “Kredit Yerevan” bankı və “Lev Marsed” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin fırıldaq yolu ilə mənimsənilməsi üzrə qaldırılan cinayət işinin istintaq materiallarında iş adamının əmlakının mənimsənilməsində digərləri ilə yanaşı S. Sarkisyanın adı hallanır.

İstintaq zamanı əldə olunan məlumatlar Xüsusi İstintaq Xidmətinə təqdim olunmaq üçün Baş Prokurorluğa göndərilib.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Serj Sarkisyan fırıldaqçılıqda şübhəli bilinir - Milliyol.az