Əfqan Sadıqov həbs edildi

Sentaybrın 26 referendumdur - İlham Əliyevdən sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

MilliYol.Az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək.

Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) bu sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sentaybrın 26 referendumdur - İlham Əliyevdən sərəncam - Milliyol.az