Əfqan Sadıqov həbs edildi

Şəmkirdə yol qəzası: 4 yaralı


Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonda “Kraz yolu” adlanan yolunda baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 3 nəfərə yardım göstərilib və onların vəziyyəti normal olduğu üçün evə buraxılıblar.

Bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

Şəmkirdə yol qəzası: 4 yaralı - Milliyol.az