Dünən axşam saatlarında Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub
Teleqraf.vom FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu, Seyfəli kəndində dərəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici dəstəsi tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
MilliYol.Az































