Şəmkirdə içərisində polislərin olduğu maşın aşdı


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar - Fərman Mirzəyev, Orxan Qasımov, Telman Yusibov və Rauf Quluyev xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az