Əfqan Sadıqov həbs edildi

Şəmkirdə 26 yaşlı gənci güllələyənin şəxsiyyəti məlum oldu


Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bu barədə Trend-ə Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Hüseynov Məzahir Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şəmkirdə 26 yaşlı gənci güllələyənin şəxsiyyəti məlum oldu - Milliyol.az