Əfqan Sadıqov həbs edildi

Şəkidə 37 yaşlı qadın zəhərlənib


Şəki şəhərində zəhərlənmə hadisəsi baş verib

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, 26-cı rayon, Nəriman Nərimanov küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Abdurəhmanova Könül Elman qızı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.
Şəkidə 37 yaşlı qadın zəhərlənib - Milliyol.az