Əfqan Sadıqov həbs edildi

Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxıldı

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənərək xəstəxanaya gətirilən 5 nəfər artıq buraxılıb

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 nəfərin müalicəsi davam edir və onların vəziyyətləri orta-ağırdır.

O əlavə edib ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxıldı - Milliyol.az