Əfqan Sadıqov həbs edildi

Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb



2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib

Bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il baş vermiş ana ölümləri ilə bağlı 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

S. Məmmədova qeyd edib ki, 2017-ci ildə 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi barəsində inzibati tənbeh tədbiri görülüb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb - Milliyol.az