Əfqan Sadıqov həbs edildi

Səhiyyə Nazirliyi 1 saylı Körpələr Evi ilə bağlı yayılan videoya münasibət bildirib


Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Səhiyyə Nazirliyi 1 saylı Körpələr Evi ilə bağlı yayılan videoya münasibət bildirib - Milliyol.az