Şəhid zabitimizin dediyi meyxana - VİDEO

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Nəcməddin Savalanovun illər əvvəl çəkilmiş videogörüntüləri yayılıb.

"Milli Yol" azvision.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan videoda şəhid kapitanın toy məclisində meyxana dediyi əks olunub.

Toy məclisində hərbçilər də iştirak edirlər. Həmçinin onların arasında şəhid polkovnik-leytenantRaquf Orucovda var.

Qeyd edək ki, "İgidliyə görə" medalı ilə təltif edilən şəhid zabitimiz doğulduğu İmişli rayonunun Göbəktala kəndində dəfn olunub.



"Milli Yol" 
Şəhid zabitimizin dediyi meyxana - VİDEO - Milliyol.az