Əfqan Sadıqov həbs edildi

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yaxınları Baku TV-yə danışıblar.

 
29 yaşlı şəhidin nənəsinin sözlərinə görə, nəvəsi evini təmir etdirirmiş, noyabrın 12-də isə toyu olacaqmış.
 
"Balam bizi yox, Vətənini seçdi. Gecə saat 2-də getdi, səhər saat 10-da xəbəri çıxdı”, - o söyləyib.
 
Şəhidlik arzusunda olan Asimin anası isə övladının vətən sevgisindən bəhs edib:
 
"Balaca olanda ona vətənpərvərliklə bağlı şeirlər öyrədirdim. Asimə oyuncaq silah almışdıq. Deyirdi ki, bununla erməniləri öldürəcəyəm”.
 
Ətraflı süjetdə:
 

 

Bu dövrdə xəbər yoxdur.

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO) - Milliyol.az