Əfqan Sadıqov həbs edildi

Şəhid pilotumuzun qızı ödənişsiz təhsil alacaq - FOTO

Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə (MTK) qəbul olunub.

“Qafqazinfo”nun məlumatına görə, şəhidin 8 yaşlı qızı Zəhra Urfan qızı Vəlizadə təhsilini MTK-nın 3-cü sinfində davam etdirəcək. O, ödənişsiz təhsil alacaq.

Qeyd edək ki, U. Vəlizadə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Şəhidin 2 qız övladı var.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şəhid pilotumuzun qızı ödənişsiz təhsil alacaq - FOTO - Milliyol.az