Əfqan Sadıqov həbs edildi

“Şans” MTK bir evi iki nəfərə satıb (İDDİA)

Bakıda qalmaqallı tikinti şirkəti olan “Şans” MTK-dan daha bir vətəndaş şikayətçidir.

Pilot layihə olaraq köhnə binanın yerində tikilən yaşayış kompleksində bir mənzilin iki nəfərə satıldığı iddia olunur.

Vətəndaş Tofiq Hacızadə Nərimanov RPİ-yə müraciət edərək bildirib ki, 2019-cu il avqust ayında “Şans” MTK şirkəti Əliəşrəf Əlizadə küçəsində yerləşən binadan ona 147 min manata satılan mənzili həm də başqa bir şəxsə satıb.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanılan binanın 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulsa da, proses 4 il çəkib. Sakinlər bir neçə ay öncə mediaya müraciət edərək evlərin təhvil verilməsinin yubadılmasından narazı olduqlarını bildiriblər.//Kriminalqafqaz.az

Bu dövrdə xəbər yoxdur.

“Şans” MTK bir evi iki nəfərə satıb (İDDİA) - Milliyol.az