Əfqan Sadıqov həbs edildi

Samuxda 73 yaşlı qadın bıçaqlandı


Samuxda bıçaqlanma olub

APA-nın verdiyi məlumata görə, rayonun Sərkar kənd sakini, 1945-ci il təvəllüdlü Yusibova Pakizə sol baldır nahiyəsinin bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının sözlərinə görə, o, sərxoş kürəkəni tərəfindən bıçaqlanıb. Məlumata görə, P. Yusibovanın qızı ailə münaqişəsi ucbatından iki ay əvvəl ata evinə qayıdıb. Bir neçə dəfə gəlib həyat yoldaşını aparmağa cəhd edən kürəkən bu dəfə içkili vəziyyətdə qayınanasını bıçaqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

Samuxda 73 yaşlı qadın bıçaqlandı - Milliyol.az