Şamaxıda mikroavtobus aşıb: yaralılar var


Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır. (apa)
Şamaxıda mikroavtobus aşıb: yaralılar var - Milliyol.az