Əfqan Sadıqov həbs edildi

Şamaxıda ər arvadını güllələyib intihar etdi  

Şamaxıda ərlə arvadın mübahisəsi ölümlə nəticələnib

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Pirbəhli kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Əmrah İbrahim oğlu ilə onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Ulduzxan qızı arasında mübahisə yaşanıb.

Mübahisə zəminində Ə.İbrahimov evdəki ov tüfəngi ilə həyat yoldaşına atəş açıb, sonra özünü güllələyib.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, E.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

M.İbrahimova isə xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalmaqdadır.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şamaxıda ər arvadını güllələyib intihar etdi - Milliyol.az