Əfqan Sadıqov həbs edildi

Şamaxıda 22 yaşlı oğlan itə görə qonşusunu güllələyərək öldürdü



Şamaxı rayonunda qətl hadisəsi törədilib

Hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.

Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şamaxıda 22 yaşlı oğlan itə görə qonşusunu güllələyərək öldürdü - Milliyol.az