Əfqan Sadıqov həbs edildi

Salyanda yol qəzası: 2 ölü, 1 yaralı


Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

"Report"un aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb. 

Yaralı - Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla araşdımalara başlanılıb. 
Salyanda yol qəzası: 2 ölü, 1 yaralı - Milliyol.az