Əfqan Sadıqov həbs edildi

Salyan gəncləri üçün “Komanda quruculuğu” adlı təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Komanda quruculuğu” mövzusunda təlim keçirilib.

Təlimçi Nigar Abdullazadə gənclərə “Komanda quruculuğu”, “Tuckman modeli”, “Belbin yanaşması və Meredith Belbin "Team roles" komanda rolları” mövzuları haqqında məlumat verib.

Daha sonra gənclər mövzu ilə bağlı simulyasiya oyunu oynayıb.

Sonda təlim haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində Salyan gəncləri üçün 5 təlim keçirilib.

Layihənin məqsədi region gənclərin inkişafına töhfə verməkdir.

Bu dövrdə xəbər yoxdur.

Salyan gəncləri üçün “Komanda quruculuğu” adlı təlim keçirilib - Milliyol.az