Əfqan Sadıqov həbs edildi

Sahibkarlara 2021-ci ilədək “yaşıl işıq” yandırıldı


Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılır

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilib.

Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi qəbul olunub. Sənəddə yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sahibkarlara 2021-ci ilədək “yaşıl işıq” yandırıldı - Milliyol.az