Əfqan Sadıqov həbs edildi

"Sahibkarlar bugünədək 2,7 milyard manat əldə edib"

"Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlara bugünədək 2,7 milyard manat ayrılıb"

Bunu parlament komitələrinijn birgə iclasında büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib.

O bildirib ki, bu layihələrin icrası 21 mindən çox yeni iş yeri açmağa imkan verəcək:

"İnvestisiyaların təşviqi sertifikatı almış 200-ə yaxın müəssisə artıq açılıb, digərləri isə ilin sonunadək işə düşəcək".

Nazir müavini əlavə edib ki, 2019-cu ildə əsas kapitala investisiyaların həcmi 17,9 milyard manat, o cümlədən xarici investisiya 7,5 milyard, daxili investisiya 10,4 milyard manat həcmində proqnozlaşdırılır.

Ş.Abdullayevin sözlərinə görə, qeyri-neft sektorunda planlaşdırılan tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda qeyri-neft ÜDM-in artım tempi 3,9 faiz təşkil edəcək. Növbəti illərdə isə artım 3 faiz həddindən yüksək olacaq. (trend)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Sahibkarlar bugünədək 2,7 milyard manat əldə edib" - Milliyol.az