Əfqan Sadıqov həbs edildi

Şabranda VAZ maneəyə çırpıldı, 26 yaşlı sürücü həlak oldu

Şabran rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şabran rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində sürücü, 26 yaşlı Mövlanverdiyev Pərviz Əlixan oğlu hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. (AzərTAc)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şabranda VAZ maneəyə çırpıldı, 26 yaşlı sürücü həlak oldu - Milliyol.az