Əfqan Sadıqov həbs edildi

Sabirabadda zəncirvari qəza: aralarında polis zabiti olmaqla 4 nəfər xəsarət aldı


Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, “VAZ-2107”, “NİSSAN” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107”in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov, “NİSSAN”ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri almış “07”-nin sürücüsü Yusif Hüseynov Sabirabad Rayon Polis Şöbəsinin zabitidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sabirabadda zəncirvari qəza: aralarında polis zabiti olmaqla 4 nəfər xəsarət aldı - Milliyol.az