Əfqan Sadıqov həbs edildi

Sabirabadda yol qəzası: 8 yaralı

Bu gün səhər saaat 5:30 radələrində Sabirabad rayonunun Polad Toğay kəndində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, fəhlələri daşıyan Şirvan şəhər sakini Cəmaləddin Əhməd oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı 18 BG 858 dövlət nömrə nişanlı mikroavtobus Masallı rayon sakini Xəyal Yarıyevin idarə etdiyi 10 XA 832 dövlət nömrə nişanlı, iki qoşqulu “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində mikroavtobusun xəsarət almış 8 nəfər sərnişini Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Sabirabadda yol qəzası: 8 yaralı - Milliyol.az