Əfqan Sadıqov həbs edildi

Sabirabadda mikroavtobus aşdı: 2 ölü, 10 yaralı


Sabirabad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan on nəfərdən üçü vəziyyətləri ağır olduğu üçün Bakıya gətirilib

Virtualaz.org Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, həmin şəxslər Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Digər yaralıların müalicəsi isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, sentyabrın 11-də səhər saatlarında Sabirabadda sərnişin mikroavtobusu rayon mərkəzinə gedən yolda aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sabirabadda mikroavtobus aşdı: 2 ölü, 10 yaralı - Milliyol.az