Sabir Rüstəmxanlıya ağır itki



Xalq şairi Sabir Rüstəmxanlının bacısı oğlu Vüqar İsrafilov dünyasını dəyişib.

MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin məzunu olan Vüqar İsrafilov xüsusi istedadı ilə seçilən gənc aktyor idi.

Ecazkar səsə malik gənc qısa karyerası ərzində bir filmdə - “Cavad xan” filmində də rol almışdı.

V.İsrafilovun vaxtsız ölümünə beynindəki bədxassəli şiş səbəb olub.

Allah rəhmət eləsin!

MilliYol.Az
Sabir Rüstəmxanlıya ağır itki - Milliyol.az