Sabiq polis rəisi barəsində yayılan məlumatlara münasibət bildirib

Bakının Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov haqqında yayılan məlumata münasibət bildirib.

C.Hüseynov “Report”a açıqlamasında deyib ki, bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidməti yerini tərk edib: “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”.

C.Hüseynov bildirib ki, bu əmələ görə Rüfət Qasımov işdən və daxili işlər orqanlarından çıxarılıb: “Tabeçiliyimdə olan əməkdaş bu cür əmələ yol verdiyinə görə mən də sərəncama götürüldüm. Həmin qanunsuz əməliyyatda mənim iştirakımla bağlı yayılan məlumatlar yanlışdır”.

MilliYol.Az
Sabiq polis rəisi barəsində yayılan məlumatlara münasibət bildirib - Milliyol.az