Əfqan Sadıqov həbs edildi

Sabiq deputat seçkiyə qatılır - Musa Qasımlı namizəd olmayacaq?

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Milli Məclisi II çağırış deputatı Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq. Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.

Ə.Nuriyev xəbəri Bakupost.az-a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi. Onun bu dəfə namizəd olub-olmayacağı bilinmir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

 

Sabiq deputat seçkiyə qatılır - Musa Qasımlı namizəd olmayacaq? - Milliyol.az