Sabah şimşək çaxacaq, yağış yağacaq


Mayın 4-ü üçün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

MilliYol.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

MilliYol.Az
Sabah şimşək çaxacaq, yağış yağacaq - Milliyol.az