Əfqan Sadıqov həbs edildi

Sabah Bakıda 37 dərəcə isti olacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-26°, gündüz  32-37° isti, Bakıda  gecə  24-26°, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz  35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

Bu dövrdə xəbər yoxdur.

Sabah Bakıda 37 dərəcə isti olacaq - Milliyol.az