Əfqan Sadıqov həbs edildi

Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb


Saatlı rayonunda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti aşkarlanıb

Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində otlaq sahədə yanğın baş verib. Yanğının baş verdiyi ərazinin yaxınlığında Əhmədbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Babaşov Əflatun Ərəstun oğlunun meyiti aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ehtimala görə, adı çəkilən şəxs tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır. (APA)


MilliYol.Az
Saatlıda 54 yaşlı kişinin meyiti aşkarlanıb - Milliyol.az