Əfqan Sadıqov həbs edildi

Rusiyaya casusluq edən avstriyalı zabit Müdafiə Nazirliyində işləyirmiş

Rusiya kəşfiyyatına işləməkdə ittiham olunan istefada olan avstriyalı zabit Vyanada Avstriyanın Müdafiə Nazirliyində işləyib

RİA "Novosti" xəbər verir ki, bu barədə Avstriyanın "Profil" jurnalında məlumat verilib.

Bildirilib ki, istefada olan polkovnik KİV-lərdə yazıldığı kimi, Zalsburqda deyil, birbaşa Vyanada nazirlikdə fəaliyyət göstərib, bu səbəbdən mərkəzi idarənin bütün daxili işlərindən xəbərdar olub.

Qeyd edək ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiyaya casusluq edən avstriyalı zabit Müdafiə Nazirliyində işləyirmiş - Milliyol.az