Əfqan Sadıqov həbs edildi

Rusiyadan NATO-nun təliminə müdaxilə

NATO-nun Norveçdə 25 oktyabr-7 noyabr arasında keçirdiyi hərbi təlimlərə Rusiya özünəməxsus formada cavab verib

Soyuq müharibədən sonra NATO-nun Norveçdə keçirdiyi ən böyük təlimlərə Rusiya 1-3 noyabr tarixlərində qarşılıq verib.

Məlumata görə, Rusiya hərbi hava limanından havaya qalxan TU-142 bombardmançı təyyarə NATO-nun komandanlığına çətin anlar yaşadıb.

Rusiyanın TU-142 təyyarəsi NATO gəmilərinin olduğu bölgəyə gələrək ABŞ-ın USS Mount Vhitney gəmisi üzərinə yaxınlaşıb.

Rusiyanın bu davranışını “təcavüz” sayan NATO İngiltərədəki iki ovçu təyyarəsini səmaya qaldıraraq TU-142-nin bölgədən uzaqlaşdırılması manevrləri həyata keçirib.

Məlumata görə, Rusiya NATO-nun təlimlər keçirdiyi bölgəyə özünün ən böyük hərbi gəmisi olan “Böyük Pedro”nu da göndərib. (muxalifet.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiyadan NATO-nun təliminə müdaxilə - Milliyol.az