Əfqan Sadıqov həbs edildi

Rusiyada qəzada həlak olan biznesmenin və oğlunun meyiti Azərbaycana gətirildi


Rusiyanın Saxalin vilayətində avtomobil qəzasında həlak olan azərbaycanlı biznesmen və oğlunun meyiti Azərbaycana göndərilib

APA-nın verdiyi məlumata görə, həmyerlilərimiz Lətif Həsənov və oğlu Elnur Həsənovun meyitləri vətənə gətirilib.

Onların doğulduğu Tovuz rayonunun Dönük Qırıqlı kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, dekabrın 23-də Saxalin vilayətində Elnur Həsənovun idarə etdiyi “Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. E. Həsənovu yuxu tutduğundan, o, yolun kənarında dayanmış avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüb.

Onu da qeyd edək ki, Cənubi Saxalində hava vəziyyəti pis olduğundan, həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi yubanmışdı.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiyada qəzada həlak olan biznesmenin və oğlunun meyiti Azərbaycana gətirildi - Milliyol.az