Əfqan Sadıqov həbs edildi

Rusiyada məşhur gürcü biznesmen güllələndi –Leninqrad vilayətində səs-küylü qətl

Rusiyada yaşayan məşhur gürcü iş adamı Badri Şengeliya bu gün qətlə yetirilib. Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətində baş verib

Yolda Şengeliyanın qara rəngli “Mercedes S500” markalı А888УВ47 dövlət nömrə nişanlı avtomobilini yüksək sürətlə hərəkət edən ağ rəngli, Finlandiyaya məxsus dövlət nömrə nişanlı “Mercedes” ötüb və həmin maşından Şengeliya güllələnib. O, hadisə yerində ölüb.

Badri Şengeliya Sankt-Peterburqda kifayət qədər tanınmış iş adamıdır. 11 il əvvəl onun köməyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları nüfuzlu iş adamı Vladimir Barsukov-Kumarini həbs etmişdilər. Kumarin Peterburqun “gecə qubernatoru” hesab edilirdi. Şengeliyanın sözlərinə görə, o, dəfələrlə Kumarinin müxtəlif şəxslərin tutulması və qətlə yetirilməsi barədə əmrlərinin şahidi olmuşdu.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiyada məşhur gürcü biznesmen güllələndi –Leninqrad vilayətində səs-küylü qətl - Milliyol.az