Artıq üçüncü dəfədir Avropa çempionu oluruq. Düzdür, ilk çempionluqla indiki arasında böyük fərq var. Amma yenə də bu, bizi sevindirir
Azərtac xəbər verir ki, bu sözləri noyabrın 8-də şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov milli komandamızın qitə birinciliyinin qalibi olması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Şahmatçı deyib: “Çempionat gərgin idman mübarizəsi şəraitində keçdi. Komandamız yarışa çox ciddi hazırlaşmışdı. Rusiya yığması turnirin favoriti hesab olunsa da, biz onları məğlub etməyi bacardıq. Qazanılan uğur münasibətilə xalqımızı təbrik edirəm”.
MilliYol.Az

































