Əfqan Sadıqov həbs edildi

Rusiya ən yeni bombasını sınaqdan keçirir

Rusiya yüksək dəqiqliyə malik ən yeni aviasiya bombası olan “Drel”in sınağını keçirir

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında “Texmaş” konserninin baş direktorunun müavini Aleksandr Koçkin deyib.

“Sınaqlar plan üzrə gedir. Hələlik aviasiya bombası öz xarakteristikasının bu tələblərini təsdiq edir. Onun sınaqlarının uğursuz başa çatacağı ilə bağlı heç bir qorxumuz yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, “Drel” aviabombası 2015-ci ildə təqdim edilib. 2016-cı ildən onun sınaqları aparılır. Sınaqlar cari ilin sonuna qədər bitməlidir.

“Drel” onlarla kilometr məsafədə tank əleyhinə və radiolokasiya sistemlərini, eləcə də idarəetmə məntəqələrini və zenit raket komplekslərinin enerji qurğularını sıradan çıxarmaq üçün nəzərdə tutulub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiya ən yeni bombasını sınaqdan keçirir - Milliyol.az