Əfqan Sadıqov həbs edildi

Rusiya axtarışda olan Azərbaycan vətəndaşını ekstradisiya edəcək


Çelyabinskdə üç il əvvəl həmyerlisindən 50 min dollar oğurlayan Azərbaycan vətəndaşı tutulub

Rusiya KİV xəbər verir ki, o, cəzasını çəkmək üçün vətəninə ekstradisiya olunacaq.

"Müəyyən edilib ki, həmin şəxs 2014-ci ilin mayında Bakıda səfərdə olan zərərçəkmişin etibarından sui-istifadə edərək aldatma yolu ilə ondan 50 min ABŞ dolları oğurlayıb, bununla da külli miqdarda maddi ziyan vurub", - Rusiyanın Çelyabinsk Vilayətinin Prokurorluğunun məlumatında deyilir.

O, 2017-ci ilin martında saxlanılıb və yaxın vaxtlarda Azərbaycanın səlahiyyətli orqanlarına təhvil veriləcək. Həmin şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rusiya axtarışda olan Azərbaycan vətəndaşını ekstradisiya edəcək - Milliyol.az