Əfqan Sadıqov həbs edildi

Rüfət Səfərova 9 il iş verildi - məhkəmə zalında həbs olundu

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərova hökm oxunub. Məhkəmənin qərarı ilə ona 9 il iş kəsilib. Rüfət Səfərov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rüfət Səfərova 9 il iş verildi - məhkəmə zalında həbs olundu - Milliyol.az