Ümid Partiyasının Təbliğat və informasiya şöbəsinin müdiri Röya Rəfili vəzifəsindən istefa verib.
MilliYol.Az xəbər verir ki, bu barədə Röya Rəfili özü məlumat verib. O, həmçinin Ümid Partiyasından da istefa verib:
"Bu gündən Ümid Partiyasının təbliğat və informasiya şöbəsinin müdiri deyiləm. Bu, partiyanın mətbuat xidmətinin rəhbəri postu idi. Həmin postdan və həmçinin partiya üzvlüyündən istefa verdim. Hazırda tam olaraq işsiz sayılıram”.































