Əfqan Sadıqov həbs edildi

Rövnəq Abdullayev və Kəmaləddin Heydərov qəza yerindədilər

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Yığım Məntəqəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması ilə əlaqədar hadisə yerinə gəliblər.

MilliYol.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Rövnəq Abdullayev və Kəmaləddin Heydərov qəza yerindədilər - Milliyol.az