Əfqan Sadıqov həbs edildi

Robben yığmadan getdi


"Bavariya"nın hollandiyalı futbolçusu Aryen Robben yığma karyerasını bitirib

PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsinin son turunda İsveçlə keçirilən matçdan sonra bu qərara gəlib. 

Hollandiya millisi Robbenin qolları sayəsində 2:0 hesablı qələbə qazansa da, bu, "narıncılar"ın mundialın final mərhələsinə yüksəlməsi üçün yetərli olmayıb. Nəticədə 33 yaşlı yarımmüdafiəçi yığma ilə vidalaşmağa qərar verib.

Qeyd edək ki, Aryen Robben 2003-cü ildə debüt etdiyi millidə 96 oyunda 37 qola imza atıb. O, "narıncılar"ın heyətində dünya çempionatının gümüş və bürünc medalını, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Robben yığmadan getdi - Milliyol.az