Əfqan Sadıqov həbs edildi

Rəşid Behbudovun həyat yoldaşı vəfat edib


Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib

Bu barədə APA-ya məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, C.Behbudova mayın 2-də dünyasını dəyişib.

“Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”, - K.Şahverdiyev deyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.