Əfqan Sadıqov həbs edildi

“Real”–“Bavariya” oyunu türkiyəli hakimə tapşırıldı


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bir oyununun hakim təyinatı açıqlanıb

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu cavab matçları çərçivəsində keçiriləcək “Real” – “Bavariya” görüşününün hakimlər briqadasını açıqlayıb.

Mayın 1-də “Santyaqo Bernabeu”da baş tutacaq görüş türkiyəli Cüneyt Çakıra tapşırılıb. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçeklə Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.

Qeyd edək ki, bu komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Real” 2:1 hesablı qələbə qazanıb.

Bu dövrdə xəbər yoxdur.

“Real”–“Bavariya” oyunu türkiyəli hakimə tapşırıldı - Milliyol.az