Əfqan Sadıqov həbs edildi

Rasim Balayev Ankarada müalicə olunacaq

Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev müalicə almaq üçün sabah Türkiyənin Ankara şəhərinə yola düşəcək

Bu barədə ölkə.az-a aktyor özü məlumat verib.

R.Balayev belindəki ağrıların hələ də davam etdiyini bildirib:

"Belimdə ağrılar yaranır. İndiyədək nə qədər müalicə olunsam da, bir xeyri olmayıb. Bakıda əməliyyat yolu ilə sağalacağım barədə təkliflər var idi.

Ancaq özüm əməliyyat etdirmək istəmədim. Ankarada bir yaxşı həkim tapmışıq. İnşallah sabah ora yola düşəcəm".

Rasim Balayev bir neçə vaxt Türkiyədə müalicə olunacağını söyləyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Rasim Balayev Ankarada müalicə olunacaq - Milliyol.az